Aytac Əlisultanlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Aytac Əlisultanlı Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq ixtisası üzrə, magistr təhsilini isə “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” ixtisaslaşması üzrə tamamlayıb.
A.Əlisultanlı peşəkar fəaliyyətinə müxtəlif özəl şirkətlərdə başlayıb, “Pasha Construction” şirkətində memar olaraq çalışıb. 2021-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində rəhbər vəzifələrdə çalışıb, 3-cü və daha sonra 2-ci dərəcəli dövlət qulluqçusu olub.