Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı əhali Azadlıq meydanına toplaşır

8-11-2025, 11:45 - Cəmiyyət

Vətən Müharibəsindəki qələbənin 5 illiyinə həsr olunan hərbi paradla bağlı əhali Azadlıq meydanına toplaşır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.
Azadlıq meydanına yaxın küçə və prospektlər paradı seyr etmək üçün gələn şəxslərlə doludur. Həmçinin hərbi paradın keçiriləcəyi ərazidə binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.