Kanadanın Ontario əyalətində yerləşən və dünyanın ən məşhur təbiət möcüzələrindən biri sayılan Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla işıqlandırılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, şəlalənin işıqlandırılması zamanı Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub.
