Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

26-11-2025, 08:55 - Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, sərnişinlər, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.