Azərbaycan vətəndaşı olan 17 nəfər Almaniyadan geri qəbul edilib

26-11-2025, 09:17 - Cəmiyyət

Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 25 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan 17 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.