Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq Konfransında təltifetmə mərasimi keçirilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxili xidmət general-polkovniki Aleksandr Çupriyan Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu Beynəlxalq İdman Federasiyasının “Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə” medalı təltif edib.