Bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, hazırda yubanmalar yoxdur və yaranan əlavə sərnişin sıxlığı aradan qaldırılıb.
xxx
08:46
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna əsasən, “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilib ki, sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
Dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.