Ötən ay kişilərdən fiziki zorakılıqla bağlı müraciət daxil olmayıb - Komitə

10-03-2026, 10:00 - Cəmiyyət

Məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə fevral ayı ərzində 42 müraciət daxil olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərin 4-ü kişi, 35-i qadın, 3-ü uşaq olub.

"Müraciət edən kişilər adətən psixi, bəzi hallarda iqtisadi zorakılıqla bağlı müraciət edirlər (adətən övladlarının anaları tərəfindən zorakılığa məruz qalması, bəzi hallarda uşaq tələbi, uşaqla ünsiyyət məsələsi ilə bağlı olur). Fiziki zorakılığa məruz qalması ilə bağlı müraciət edən kişi yoxdur", məlumatda bildirilir.