Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
"ADY sərnişin tələbatını təmin etmək məqsədilə 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək",- ADY-dən əlavə edilib.