Paytaxtda 6 rayonda təmir işlərinə başlanılır

15-06-2026, 11:30 - Cəmiyyət

Bakı şəhərinin inzibati rayonları üzrə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələdə paytaxtın 6 inzibati rayonunda — Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır.