Bəzi ərazilərdə işıq olmayacaq

16-06-2026, 03:10 - Cəmiyyət

Paytaxtın bəzi ərazilərində elektrik təchizatında fasilələr yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

"İyunun 16-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrini əhatə edəcək. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.