Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır

10-01-2025, 10:36 - Cəmiyyət

Bakı - Sumqayıt istiqamətində 4 marşrut (123, 508, 594, 595) açılıb. 508 nömrəli marşrutda BMC markalı yeni avtobuslar, 594 və 595 nömrəli marşrutlarda "Neoplan" markalı avtobuslar istismar olunur.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.

O qeyd edib ki, gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır:

"Bakı və Abşeron üzrə 22 müsabiqə keçirilmiş, 15 qalib daşıyıcı müəyyən edilib.

Koroğlu, Gənclik və 28 May metro stansiyaları yaxınlığında da Nəqliyyat Mübadilə Məntəqələri istifadəyə verilib”,- deyə o qeyd edib".