Azərbaycan alüminium ixracını artırıb

Bugün, 05:25 - İqtisadiyyat

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 63,8 milyon ABŞ dolları dəyərində 19,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 milyon ABŞ dolları və ya 20,4%, həcm baxımından isə 1 363 ton və yaxud 7,5% artıb.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 1,18%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 7,40% təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana 34,6 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 27,9% azalma deməkdir.

Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatların ümumi idxalda xüsusi çəkisi 0,86%-ə bərabər olub.