Prokurorluq əməkdaşlarının 10 faizi qadınlardır.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimində deyib.
"Prokurorluq orqanlarında işləyən 111 nəfər qadın əməkdaşın 52-si (46,8 faiz) 2002-2019-cu illər ərzində keçirilmiş 20 müsabiqə nəticəsində, 59-u (53,2 faiz) isə 2020-2024-cü ilərdə keçirilmiş 6 müsabiqənin nəticəsində işə qəbul edilib.
Ümumiyyətlə, müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,9 faizini qadın işçilər təşkil edir. 2002-2019-cu illərdə 5,3 faiz olub, 2020-2024-cü illərdə isə bu göstərici 4,6 faiz olub", - o bildirib.
Onun sözlərinə görə, müsabiqə yolu ilə işə qəbul edilməklə, hazırda rəhbər vəzifədə işləyən 11 qadın işçidən Baş Prokurorluqda 1 idarə rəisi, 5 idarə rəisinin müavini, həmçinin 4 rayon prokuroru və 1 rayon prokurorunun müavini vəzifəsində işləyir.