Cərimələrdən gələn vəsaitlər svetoforlarla bağlı xərclərin ödənilməsinə yönəldiləcək

24-01-2025, 10:40 - Cəmiyyət

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nda dəyişiklik edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforlarla bağlı xərclərin ödənilməsinə yönəldiləcək.