Bakıda qarlı, küləkli hava səbəbindən sınan ağaclar operativ şəkildə götürülüb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
"Paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar.
Gecə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş beş ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib", - məlumatda deyilir.