Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilər sığınacaqlara çəkilib

21-02-2025, 12:40 - Cəmiyyət

Xəzər dənizi akvatoriyasında müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara çəkilib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC məlumat yayıb.

"ASCO-nun həm Dəniz Nəqliyyatı, həm də Xəzər Dəniz Neft Donanmasına məxsus gəmiləri hava şəraiti ilə əlaqədar lövbər dayanacaqlarına və sığınacaqlara yan alıblar", - məlumatda deyilir.