ADY vağzallarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür

27-02-2025, 10:52 - Cəmiyyət

Qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları" QSC vağzal, stansiya və dayanacaqlarda intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Platformalar, piyada keçidi və körpüləri qardan təmizlənir, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi cığırlar salınır.

"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmalarını, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələrini xahiş edir, təhlükəsiz səfərlər diləyirik", - ADY-dən bildirilib.