Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI

1-03-2025, 12:15 - Cəmiyyət

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 41 nəfər müraciət edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.

"2 nəfər əməliyyat üçün stasionara qəbul edilib", - deyə məluatda qeyd edilib.