Bakının bu ərazisində qaz olmayacaq

12-03-2025, 09:50 - Cəmiyyət

Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilib ki, Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, Nizami, Musəvi, S.Orucov küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə məlumatda bildirilib.