Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

19-03-2025, 07:10 - Cəmiyyət

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - deyə bildirilib.