Zelenski atəşkəs üçün yeni format təklif edib

21-04-2025, 02:30 - Dünya

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya atəşkəs üçün yeni format təklif edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, Zelenski bu haqda öz "Telegram" kanalında yazıb.

"Ukrayna, mülki infrastruktur obyektlərinə uzaqmənzilli dronlar və raketlərlə istənilən zərbələrdən azı 30 gün müddətinə imtina edilməsini və bu müddətin uzadılması imkanını təklif edir", - Zelenski bildirib.