2025-ci ilin ilk üç ayı ərzində dünyanın üç regionuna aid 25 ölkədə 116 574 nəfər vəbaya yoluxub, 1 514 nəfər isə bu xəstəlikdən həyatını itirib.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
ÜST xəbərdarlıq edir ki, münaqişələr, məcburi köçkünlük və iqlimlə bağlı fəlakətlər səbəbindən xəstəlik xüsusilə həssas bölgələrdə yayılmaqda davam edir. Ən çox yoluxma və ölüm hallarının Afrikada, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Asiyada qeydə alındığı bildirilir.
Təkcə mart ayında 517 nəfər vəba nəticəsində dünyasını dəyişib, 22 ölkədə 32 985 yeni yoluxma faktı təsdiqlənib ki, bu da qlobal səviyyədə epidemiyanın şiddətlənməsini göstərir.