Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, 88 yaşında dünyasını dəyişmiş Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün dünyanın onlarla lideri və minlərlə xristian zəvvar Vatikana toplaşıb.
Pontifiklə vida mərasimi yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 12.00) Müqəddəs Pyotr Bazilikasının qarşısında keçiriləcək.
Vatikanın bildirdiyinə görə, son üç gündə mərhum pontifikin ölümü ilə əlaqədar şəhərə 250 mindən çox insan gəlib.
Bundan əlavə, növbəti Papanın seçilməsi üçün konklav prosesinə də hazırlıqların başlanıldığı bildirilir.