ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı güllələnib

22-05-2025, 08:35 - Dünya

Vaşinqtonda İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı öldürülüb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "CBS News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hadisə mayın 21-i axşam yerli vaxtla saat 21:15 radələrində baş verib

Bildirilib ki, iki səfirlik əməkdaşı paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib. Daha bir neçə diplomatik missiya əməkdaşı da yaralanıb.