Türkiyədə qurbanlıq heyvanların kəsimi zamanı 14 mindən çox insan yaralanıb

7-06-2025, 05:00 - Dünya

Türkiyədə Qurban bayramının ilk günündə 14 mindən çox insan qurbanlıq heyvanların kəsimi zamanı aldığı xəsarətlərə görə xəstəxanalara müraciət ediblər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Kamal Memişoğlu "X" sosial şəbəkəsində yazıb.
Nazir yazıb ki, xəstəxanalara 1049-u Ankara, 753-ü İstanbul daxil olmaqla, ümumilikdə 14372 nəfər müraciət edib.

O xatırladıb ki, belə hadisələrin baş verməməsi üçün heyvan kəsimi peşəkarlar tərəfindən aparılmalıdır.