Afrikada meymun çiçəyinə qarşı ilk peyvənd kampaniyası başlayıb

6-10-2024, 06:00 - Dünya

Konqo Demokratik Respublikasında meymun çiçəyinə səbəb olan mpox virusuna qarşı ilk peyvənd kampaniyasına başlanılıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu ölkədəki bölməsi X-dəki səhifəsində məlumat yayıb.
“Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi ölkəni bürüyən epidemiyanın dayandırılması üçün Şimali Kivu əyalətinin Qoma şəhərində tərəfdaşlarının, o cümlədən Konqo DR-də ÜST-nin dəstəyi ilə mpox virusuna qarşı ilk peyvənd etməyə başlayır”, - deyə bəyanatda bildirilir.
Bu il ölkədə bu virusa şübhəli 30 mindən çox hadisə qeydə alınıb, minə yaxın insanı xilas etmək mümkün olmayıb.