Bu ilin 9 ayında Afrikada 35 mindən çox şəxs meymunçiçəyi (“mpox”) virusuna yoluxub.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində virusa yoluxan 996 nəfər dünyasını dəyişib. Sentyabrın 23-dən 29-dək olan həftə ərzində virusa yoluxanların sayı 4098, ölənlərin sayı isə 156 nəfər artıb.