Paşinyan Rusiyaya səfər edib

Bugün, 09:20 - Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Rusiyaya yollanıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Səfər proqramına əsasən, onun Rusiya Baş naziri Mixail Mişustinlə görüşü də nəzərdə tutulub.