ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksəkvəzifəli ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Trampın Putinlə danışığı Zelenski ilə görüşdən sonra baş tuta bilər.
Bundan əvvəl CNN Ağ Evə istinadla ABŞ Prezidentinin NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə ikitərəfli görüş keçirəcəyini bildirmişdi.