Kiyevdə matəm elan olundu

31-07-2025, 19:30 - Dünya

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Telegram" kanalında Kiyev meri Vitali Kliçko bildirib.
Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya Kiyevə iri pilotsuz təyyarə hücumu edib, səhər isə raket zərbələri endirib.

Rusiyanın hücumu nəticəsində 11 nəfər (o cümlədən biri uşaq) həlak olub, 135 nəfər yaralanıb.