Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs əyalətinin sakinlərinə qarşı baş vermiş son hücumlarda iştirak etməkdə şübhəli bilinən təxminən 120 nəfəri saxlayıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nurəddin əl-Baba məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin mülki əhaliyə qarşı hücumlarda iştirak etdikləri ehtimal olunur və araşdırmalar davam etdirilir.