ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu olan şəxslərə viza verilməsini dayandırıb

29-11-2025, 08:40 - Dünya

ABŞ Dövlət Departamenti Əfqanıstan pasportu ilə səyahət edən şəxslər üçün viza verilməsini təcili şəkildə dayandırıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

Bildirilir ki, Departament ABŞ-ın milli təhlükəsizliyini və ictimai təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atır.

Qeyd edək ki, bu addım əfqan əslli şəxsin Vaşinqtonda Milli Qvardiyanın iki əsgərini güllələməsindən sonra atılıb.