ABŞ Venesuelaya uçuşlarla bağlı qadağanı ləğv etdi

30-01-2026, 08:45 - Dünya

ABŞ Nəqliyyat Nazirliyi 2019-cu ildə qurum tərəfindən ABŞ aviaşirkətlərinin Venesuelaya uçuşlar həyata keçirməsinə qoyulan qadağanı ləğv edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Bildirilib ki, ABŞ nəqliyyat naziri Şon Daffi öz sərəncamında vurğulayıb ki, "[Venesuela ilə] hava nəqliyyatının dayandırılması artıq ictimai maraqlar naminə zəruri deyil".

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyası üçün açacağını bildirib.