Ukraynanın müharibədə itirdiyi hərbçilərin rəsmi sayı 55 minə çatdı - Zelenski

5-02-2026, 03:00 - Dünya

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində indiyədək 55 min ukraynalı hərbçi həlak olub.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “France 2” telekanalına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, döyüş meydanında həlak olan hərbçilərin — həm peşəkar hərbçilərin, həm də səfərbər olunmuş şəxslərin — rəsmi sayı 55 min nəfərdir.

Volodimir Zelenski, eyni zamanda, Ukraynanın itkin düşmüş hesab etdiyi çox sayda insanın da olduğunu vurğulayıb.