Konqo Demokratik Respublikası, Anqola və Namibiya Böyük Britaniyada qanunsuz yaşayan minlərlə vətəndaşını geri qəbul etməyə razılaşıb.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu qərar Londonun viza məhdudiyyətləri tətbiq edəcəyi ilə bağlı xəbərdarlığından sonra verilib.
Böyük Britaniyada məhkum edilmiş təxminən 4 min cinayətkarın bu ölkələrə deportasiyası planlaşdırılır.