İsrail Livana aviazərbə endirib

16-02-2026, 09:50 - Dünya

İsrail hava qüvvələri Livanın cənub rayonlarına yeni aviazərbə endirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücumun hədəfi “Hizbullah” hərəkatının Livanın cənubunda yerləşən Hanin rayonundakı terrorçu üzv olub.

Livanın rəsmi xəbər agentliyi olan "NNA" İsrailin Suriya sərhədindəki nəzarət buraxılış məntəqəsi yaxınlığına zərbə endirdiyini yazır. 4 nəfərin həyatını itirdiyi bildirilir.