ABŞ Prezidenti Tramp daxili təhlükəsizlik katibini vəzifəsindən azad edib

6-03-2026, 00:50 - Dünya

ABŞ Prezidenti Donald Tramp daxili təhlükəsizlik katibi Kristi Noemini vəzifəsindən azad edib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində məlumat verib.

Onun yerinə Oklahoma ştatından senator Markveyn Mallinin namizədliyi irəli sürülüb. Malli vəzifəsinin icrasına martın 31-də başlayacaq.

Kristi Noem isə şənbə günü Florida ştatının Doral şəhərində elan ediləcək Qərb yarımkürəsindəki yeni təhlükəsizlik təşəbbüsü olan “Amerika Qalxanı” üçün xüsusi elçi vəzifəsinə keçəcək.