İsrail ordusu Livandakı "Hizbullah"ın komandanlıq mərkəzlərinə hücum edib

13-03-2026, 01:40 - Dünya

İsrail ordusu Beyrutda və Livanın cənubunda "Hizbullah" təşkilatının komandanlıq mərkəzlərinə bir neçə zərbə endirdiyini bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"İsrail Müdafiə Qüvvələri Beyrutda və Livanın cənubunda Hizbullahın bir neçə komandanlıq mərkəzinə bir neçə zərbə endirib", - deyə bildirilib,

İsrail ordusunun məlumatına görə, hücum edilən mərkəzlərdən "Hizbullah" silahlıları "İsrailə və onun mülki əhalisinə qarşı terror hücumları həyata keçiriblər".