ABŞ-də F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb

1-04-2026, 04:00 - Dünya

ABŞ Silahlı Qüvvələrinin beşinci nəsil F-35 qırıcı təyyarəsi Nevada ştatındakı təlim poliqonunda qəzaya uğrayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "BNO News" portalı məlumat yayıb.

Məlumatına görə, təyyarənin pilotu katapult etməyi bacarıb və yüngül xəsarət alıb.

Portal təyyarənin qəzaya uğramasının mümkün səbəblərini açıqlamayıb.