ABŞ İranla bağlı gərgin danışıqlar aparır - Tramp

8-04-2026, 00:50 - Dünya

ABŞ hazırda İranla bağlı gərgin danışıqlar aparır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.

"Hazırda qızğın danışıqlar aparırıq", - deyə o bildirib.

ABŞ administrasiyasının rəhbəri bu danışıqların gedişatı ilə bağlı şərh verməkdən imtina edib.

Ağ Ev rəhbəri əlavə edib ki, yaxın gələcəkdə Pakistanın təklifi ilə bağlı brifinqin keçirilməsini gözləyir.