Sloveniyada NATO-dan çıxmaqla bağlı referendum keçiriləcək

14-04-2026, 02:30 - Dünya

Sloveniya Dövlət Məclisinin yeni sədri, "Həqiqət" Partiyasının lideri Zoran Stevanoviç ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, o bu barədə Sloveniya Radio və Televiziyasına müsahibəsində danışıb.

"Xalqa NATO-dan çıxış məsələsi üzrə referendum vəd etmişik və bu vədimizi yerinə yetirəcəyik", - deyə parlament sədri bildirib.
Stevanoviçin sözlərinə görə, Lyublyana müstəqil və suveren siyasət yürütməli, milli maraqları əsas tutaraq bütün ölkələrlə əməkdaşlıq etməlidir.

O əlavə edib ki, Sloveniya digər dövlətlərin hərbi və diplomatik münaqişələrinə müdaxiləyə qəti şəkildə qarşı olacaq, çünki ölkə bundan heç vaxt fayda görməyib.