Lavrov Çinə rəsmi səfərə gəlib

14-04-2026, 07:55 - Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə gəlib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.

Səfər zamanı Lavrovun çinli həmkarı Van İ ilə görüşü nəzərdə tutulur. Tərəflər ikitərəfli münasibətlərin gündəliyini və beynəlxalq məsələləri, həmçinin Yaxın Şərqdə və Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

Rusiya XİN rəhbərinin səfəri aprelin 15-dək davam edəcək.