BƏƏ Ərəb Dövlətləri Təşkilatından çıxıb

4-05-2026, 01:00 - Dünya

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatı (OAPEC) BƏƏ-nin bu il mayın 1-dən etibarən üzvlüyündən çıxdığını açıqlayıb.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə OAPEC-nin açıqlamasında bildirilib.

Məlumata əsasən, Baş Katiblik "BƏƏ-yə ölkənin təşkilata üzvlüyü boyunca oynadığı rola və neft, qaz və enerji sektorlarında birgə ərəb fəaliyyətinin dəstəklənməsindəki fəal töhfəsinə görə minnətdarlığını bildirir".

Qeyd edək ki, 1 may 2026-cı ildən BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı qüvvəyə minib.