İran raket proqramı ilə bağlı ABŞ ilə hər hansı müzakirə aparmaq niyyətində deyil.
Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib.
Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı müzakirə olunmayan mövzu olaraq qalır.
O qeyd edib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ehtimalını nəzərə alır.
“Biz vədlərini yerinə yetirməyən tərəflə danışıqlar aparırıq”, – deyə parlament sədri bildirib.
Qalibafın sözlərinə görə, İran tərəfi ABŞ ilə təmaslarda ehtiyatlı mövqe tutur və əvvəlki təcrübələr Vaşinqtona etimadı məhdudlaşdırır.