Rusiya XİN Ukrayna ilə danışıqlarla bağlı açıqlama verib

4-02-2025, 07:00 - Dünya

Ukrayna ilə münaqişənin nizamlanması ilə bağlı danışıqlar 2022-ci il İstanbul sənədi əsasında aparıla bilər.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk deyib.

O bildirib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi və onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.