ABŞ Ukrayna ilə bağlı sülh razılaşmasına qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək

19-02-2025, 08:00 - Dünya

ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarına deyib ki, ABŞ Ukrayna üzrə sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən bildirib.

"Dövlət katibi Rubio avropalı müttəfiqlərinə bildirib ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ən azı Ukraynadakı münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər qüvvədə qalacaq", - deyə qeyd olunub.

Məlumata əsasən, ABŞ dövlət katibi bu barədə fevralın 18-i Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşdən sonra telefon danışığı zamanı "Avropalı həmkarlar qrupuna" bildirib.