ABŞ prezidenti Ukraynada seçkilərin keçirilməsi ideyasını dəstəkləyib

19-02-2025, 04:45 - Dünya

ABŞ prezidenti Donald Tramp Rusiya ilə münaqişənin həlli çərçivəsində Ukraynada seçkilərin keçirilməsini düzgün hesab etdiyini bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, Floridada jurnalistlərə seçkilərin keçirilməsinin zəruriliyindən danışarkən deyib.

"Bu, Rusiyadan deyil, bizdən və digər tərəflərdən irəli gəlir", - deyə ABŞ prezidenti bildirib.
Onun fikrincə, Ukraynada "insanlar yorulub və bəzi dəyişikliklər istəyir".

"Onların seçkiləri olmayıb, ölkədə mahiyyətcə hərbi vəziyyət hökm sürür, onların liderinin populyarlığı, təəssüf edirəm ki, 4 faiz civarındadır", - deyə D.Tramp əlavə edib.

Döyüşlərin nəticəsində olan dağıntılardan danışan Tramp deyib ki, Ukraynanın bir sıra şəhərləri “Qəzzəyə bənzəyir”.