Ukrayna faydalı qazantıları ilə bağlı razılaşma bitmiş hesab olunmur - Tramp

4-03-2025, 01:00 - Dünya

Ukrayna faydalı qazantıları üzrə Vaşınqton ilə Kiyev arasında razılaşmanın əldə olunması hələ də mümkündür.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

"“Xeyr, mən belə düşünmürəm”, - deyə Amerika prezidenti “razılaşmanın bitdiyini” hesab etməsi ilə bağlı suala cavab verib. “Düşünürəm ki, bu, bizim üçün böyük bir razılaşmadır", - deyə o əlavə edib.

D.Tramp martın 4-də Senat və Nümayəndələr Palatasının birgə iclasındakı çıxışında bu məsələyə toxunacağını qeyd edib.