Tramp Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı heç bir qərar verməyib

4-03-2025, 02:00 - Dünya

ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması ideyasını hələ müzakirə etmədiyini bildirib.

Qanunmedia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən hərbi yardımını hələ müzakirə etməmişəm", - deyə o bildirib.

D.Tramp qeyd edib ki, onun hərəkətləri gələcək hadisələrdən asılı olacaq.

"Hazırda çox hadisələr baş verir", - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp administrasiyası hələ də Kiyevə hərbi yardım paketləri təqdim etməyib. Eyni zamanda, ABŞ-ın əvvəlki administrasiyasının Ukraynaya vəd etdiyi silahların tədarükünə də mane olmur.